Azərbaycan idmançısı beynəlxalq paralimpiya yarışlarında iştirak hüququ qazanıb

Bakı, 12 mart, ARHD.AZ



Azərbaycan idmançısı beynəlxalq paralimpiya yarışlarında iştirak hüququ qazanıb


Azərbaycan paralimpiyaçısı Polad Rzayev ABŞ-ın Kolorado ştatında Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən keçirilən tibbi təsnifatda iştirak edib.

Milli Paralimpiya Komitəsindən ARHD.AZ-a bildirilib ki, o, paralimpiyanın dağ xizəyi idman növündə LW3 kateqoriyası (dizdən aşağı iki ayağın amputasiyası) üzrə ömürlük iştirak hüququna yiyələnib.

Bununla da, P.Rzayev beynəlxalq yarışlarda və Qış Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirlərdə iştirak edə biləcək. İdmançının yarışlara hazırlığı və yarışlarda iştirakı üçün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Qış İdman Növləri Federasiyası arasında qarşılıqlı əməkdaşlıq qurulub.

Baxış sayı: 4 573

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə