
Bakı, 12 mart, ARHD.AZ
Azərbaycan boksçusu dünya çempionatında döyüşmədən mərhələ adlayıb
Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatında mərhələ adlayıb.
Azərbaycan Boks Federasiyasından ARHD.AZ-a bildiriblər ki, 48 kiloqramda mübarizə aparan Anaxanım İsmayılova döyüşmədən 1/4 finala yüksəlib.
Buna səbəb onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi olub. Nəticədə İsmayılova qalib elan edilib.
Qeyd edək ki, mundialda bu gün daha 2 boksçumuz rinqə çıxacaq.