Dünya çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub edib

Bakı, 10 mart, ARHD.AZ



Dünya çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub edib


Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı davam edir.

ARHD.AZ xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Zeynəb Rəhimova çıxıb.

54 kiloqram çəkidə mübarizə aparan boksçu 1/16 finalda Ermənistanı təmsil edən Yekaterina Sıçeva ilə döyüşüb. Görüş Rəhimovanın inamlı qələbəsi ilə başa çatıb. O, rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kiloqram) da mübarizəyə qoşulacaq.

Baxış sayı: 3 552

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə