
Bakı, 10 mart, ARHD.AZ
Azərbaycanın taekvondo hakimi beynəlxalq turnirin ən yaxşısı seçilib
Azərbaycanın taekvondo hakimi Aygül Abdullayeva Niderlandın Eyndhoven şəhərində keçirilən 52-ci Niderland açıq çempionatında fərqlənib.
Azərbaycan Taekvondo Federasiyasından ARHD.AZ-a verilən məlumata görə, beynəlxalq dərəcəli referi yarışın ən yaxşı ədalət təmsilçisi seçilib.
Qeyd edək ki, turnirdə 70 hakim iştirak edib.