
Qəbələ, 5 mart, ARHD.AZ
Fərid Qayıbov: Azərbaycanda idmana dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı var
"Bütün idman federasiyalarının nümayəndələrini "İdman Paytaxtı" Qəbələdə görmək çox xoşdur".
ARHD.AZ xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov 2025-ci il üçün "İdman paytaxtı" seçilən Qəbələ şəhərində təşkil edilən paraddan sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Azərbaycanda idmana dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı var: “İdmançılarımızın bayramını təbrik edir, gələcək karyeralarında uğurlar arzulayıram".
F.Qayıbov Ümummilli Lider Heydər Əliyevin 30 il öncə idman ictimaiyyəti ilə tarixi görüşünü də xatırladıb: "Ulu Öndər həmin görüşdə uğur qazanmış idmançılarla bir araya gəlmişdi. O, hər zaman idmançıların yanında olub. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu möhtəşəm bayram hər il təşkil olunur.