Bakı, 28 fevral, ARHD.AZ


Azərbaycan idmançıları dünya çempionatında 4 medal qazanıblar


Koreş idman növü üzrə Azərbaycan millisinin üzvləri Hindistanın paytaxtı Dehli şəhərində keçirilən dünya çempionatında uğurla çıxış ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, kişilər arasında Eyvaz Baxşiyev (60 kiloqram), Hacalı Qasımov (74 kiloqram) və Abdulla Abdullayev (82 kiloqram) bürünc medal qazanıblar.

Qadınların mübarizəsində isə Şəhanə Alməmmədova (70 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Baxış sayı: 5 437

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə