Ankara, 9 may, ARHD.AZ


Türkiyədəki azərbaycanlı tələbə birliklərinin üzvləri müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ankarada xatirə ziyarəti təşkil ediblər.

ARHD.AZ xəbər verir ki, Türkiyə paytaxtında yerləşən Heydər Əliyev parkına toplaşan tələbələr Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir iştirakçıları qeyd ediblər ki, Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya bu gün də Azərbaycan gəncliyi üçün örnəkdir və gələcək nəsillər tərəfindən dərin ehtiramla yaşadılır.

Baxış sayı: 8 765

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə