9 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunacaq

Bakı, 15 fevral, ARHD.AZ


9 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunacaq


2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 9,2 min işsiz və işaxtaran şəxsin özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılır.

Bu barədə ARHD.AZ-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, proqram iştirakçıları üçün ilk növbədə təlim kursları təşkil olunaraq, onlara kiçik biznesin təşkili üzrə zəruri bilik və bacarıqlar öyrədilir.

Kursları uğurla başa vuran şəxslər seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə (mal və materiallarla) təmin edilməklə, onlar üçün kiçik təsərrüfatlar qurulur.

Ümumilikdə ötən dövrdə 95 mindən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Baxış sayı: 3 551

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə