İran tərəfi Naxçıvana dron hücumu edilməsini təkzib edib. 


“ARHD.AZ” xəbər verir ki, bu haqda İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi Azərbaycanın “AnewZ” kanalına danışıb.


“Biz qonşu ölkələrimizə hücum etmirik. Bu insident barədə sizdən eşidirəm. Bu məlumatı, onun mənbəyini araşdırıb sonra sizə cavab verə bilərəm”, - o deyib. 


Qaribabadi əlavə edib ki, İranın siyasəti yalnız regionda fəaliyyət göstərən və İran mülki vətəndaşlarına hücum etmək üçün istifadə olunan ABŞ və İsrail hərbi bazalarına hücum etməkdir: “Əvvəldən elan etmişik ki, əgər regionda hərbi baza varsa və onlardan İrana hücum etmək üçün istifadə olunursa, onları hədəfə alacağıq. Bizim yürütdüyümüz siyasət budur”.


Nazir müavininin açıqlamasının videosunu təqdim edirik:

Baxış sayı: 3 173

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə