Azərbaycan Prezidenti İlham Əliyev bu gün İranın ölkəmizdəki səfirliyində olub, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.


“ARHD.AZ” xəbər verir ki, İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlət başçısını qarşılayıb.


Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb.


Sonra dövlət başçısı səfirlə söhbət edib.


Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını deyib.


Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

 

Baxış sayı: 3 290

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə