ARHD.AZ İnformasiya Agentliyinin əməkdaşı, hüquqşünas Nihad Cəfərov gənclərlə bağlı səsləndirdiyi dəyərli fikirlərində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ideyalarına daim sadiq qaldığını, Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət etməyin hər bir gəncin əsas borcu olduğunu xüsusi vurğulamışdır.

O, gənclərin cəmiyyətin aparıcı qüvvəsi kimi formalaşmasında vətənpərvərlik, hüquqi savadlılıq və sosial məsuliyyət prinsiplərinin mühüm rol oynadığını qeyd etmişdir. Nihad Cəfərov ASAN Xidmət çərçivəsində könüllü fəaliyyət göstərdiyi dövrdə üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə və müvəffəqiyyətlə yerinə yetirmiş, göstərdiyi səmərəli xidmətlərə görə müvafiq sertifikatla təltif olunmuşdur.

Eyni zamanda, Vətənə və şəhid ailələrinə göstərdiyi dəstək və fəal ictimai mövqeyinə görə YAŞAT Fondu tərəfindən təşəkkürnamə ilə təltif edilməsi onun dövlətə və xalqa xidmət yolunda apardığı ardıcıl fəaliyyətin bariz nümunəsidir.

 

Baxış sayı: 7 584

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə