ARHD.AZ İnformasiya Agentliyinin baş redaktoru Nuranə Axundova mediator olaraq Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasını uğurla başa vuraraq məzun olub.

Qeyd edək ki, Nuranə Axundova bu gündən etibarən Bakı şəhəri 23 saylı Mediasiya Təşkilatında fəaliyyətə başlayıb. O, mülki, inzibati, əmək, ailə və digər hüquqi münasibətlər üzrə yaranan mübahisələrin məhkəməyə müraciət etmədən, daha az xərc və daha qısa müddət ərzində həll olunması istiqamətində mediasiya xidmətləri göstərəcək.

Mediasiya xidməti Azərbaycan Respublikasında hüquqi və demokratik dövlət prinsiplərinə uyğun olaraq vətəndaşların hüquqlarının qorunmasına, hüquqi mübahisələrin səmərəli həllinə xidmət edir.

ARHD.AZ İnformasiya Agentliyinin İdarə Heyəti və kollektivi Nuranə Axundovanı bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, ona mediator kimi fəaliyyətində uğurlar və davamlı müvəffəqiyyətlər arzulayır.

Baxış sayı: 8 768

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə