Azərbaycan Prezidenti İlham Əliyev bu gün Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.


“ARHD.AZ” xəbər verir ki, söhbət zamanı İsxak Hersoqun ölkəmizə səfərləri və dövlət başçısı ilə görüşləri məmnunluqla xatırlanıb.


Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb. İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.


Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

 

Baxış sayı: 3 632

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə