Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Space TV”də yaymlanan “Gəl, danış” verilişinin aparıcısı Amil Xəlilin müdafiəsinə qalxıb.
YeniMedia.net portalınin məlumatına görə, komitə sədri Amil Xəlilin verilişinin bağlanmasına etiraz edib.
“Audiovizual Şura “Space TV”də dekabrın 25-i yayımlanmış “Gəl, danış!” proqramında aparıcının çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımının 3 saatlıq dayandırılması barədə qərar verib.
Tamamilə yanlış qərardır. Şəxsən tanımasam da, verilşlərindən istedadını və cəfakeşliyini qiymətləndirdiyim Amil Xəlil ictimai əxlaqın qorunması istəqamətində cəsarətli fikir söyləyib, şəxsən kimisə hədəfə almayıb və tövsiyəsi də sağlam məntiqə dayanır. Cəmiyyətdə baş verən əxlaqi deqradasiyanı jurnalistin dilə gətirməsinə qarşı bu cür addımlar zərərlidir. O halda kim danışacaq bu neqativləri, kim insanlara doğru fikirləri aşılayacaq? Söyüş söyməyib, təhqir etməyib, mədəni üslubda fikir söyləyib, buna görə televiziyanın və jurnalistin hədəfə alınmasını yanlış hesab edirəm”,-deyə deputat bildirib.
Mətndə səhv var?
Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.
ARHD.AZ ictimai-siyasi informasiya agentliyinin rəhbəri
Beynəlxalq Hüquq Eksperti
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov
Gündəm

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov
Baş redaktor: Nuranə Axundova
Qaynar xətt: (+99455) 850 36 00
Məzənnə





















