“İranın başı bəladadır”.


ARHD.AZ  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Amerikanın neft və qaz şirkətlərinin rəhbərləri ilə görüşündə İranla bağlı suala cavab verərkən bildirib.


O, ölkədəki vəziyyətin ciddi olduğunu dilə gətirib: “İranda xalqın bəzi şəhərlərdə nəzarəti ələ keçirdiyi müşahidə olunur və bu, bir neçə həftə əvvəl mümkün görünmürdü”.


Tramp ABŞ-nin vəziyyəti yaxından izlədiyini vurğulayaraq, İrandakı etirazçıların təhlükəsizliyini istədiklərini bildirib. O, İran rəhbərliyinə müraciət edərək, nümayişçilərə qarşı güc tətbiq edilməməsi barədə xəbərdarlıq edib:


“İranlı liderlərə deyirəm, atəş açmasanız, yaxşı olar. Çünki biz də atəş açmağa başlaya bilərik”.


ABŞ Prezidenti “İranı vura bilərik” ifadəsi ilə Amerika əsgərlərinin bu ölkəyə daxil olmasını nəzərdə tutmadığını, lakin etirazçılara atəş açılacağı təqdirdə ABŞ-nin müvafiq addımlar ata biləcəyini qeyd edib.


Qeyd edək ki, Ağ Ev rəhbəri bundan əvvəl də İran hakimiyyətinə sərt xəbərdarlıq etmişdi.

Baxış sayı: 3 719

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə