Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində diplomatik və xidməti pasport sahibləri üçün viza rejiminin sadələşdirilməsinə dair razılaşma əldə olunub.


ARHD.AZ  xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.


Məlumata görə, 2026-cı il yanvarın 1-dən etibarən hər iki ölkənin diplomatik, xüsusi və xidməti pasport sahibləri elektron vizanı (e-viza) tamamilə ödənişsiz əldə edə biləcəklər.


Nazirliyin bəyanatında həmçinin qeyd olunub ki, Ermənistan və Türkiyə heç bir ilkin şərt olmadan münasibətlərin tam tənzimlənməsinə nail olmaq öhdəliyini bir daha təsdiqləyirlər və bu addım iki ölkə arasında etimadın qurulması prosesinin növbəti mərhələsi kimi qiymətləndirilir.

Baxış sayı: 3 134

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə