Mən, Arhd.Az saytının rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının hüquqşünası İsmail Zalov olaraq, Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət etmiş, milli maraqların qorunmasında, dövlət idarəçiliyində və ictimai-siyasi həyatda müstəsna xidmətləri ilə seçilən, yüksək vətənpərvərlik nümunəsi sərgiləmiş hörmətli Mədət Quliyevə dərin təşəkkürümü bildirirəm.

Hörmətli Mədət Quliyev uzun illər ərzində prinsipial mövqeyi, qətiyyətli xarakteri və dövlət maraqlarına sarsılmaz bağlılığı ilə tanınmış, Azərbaycan xalqının təhlükəsizliyi, sabitliyi və rifahı naminə yorulmadan çalışmış əsl milli qəhrəman obrazı formalaşdırmışdır. Onun fəaliyyəti yalnız tutduğu vəzifələrlə deyil, həm də dövlətə və xalqa sədaqətli xidmət fəlsəfəsi ilə yadda qalmışdır.

Mədət Quliyev hər zaman hüququn aliliyinə, ədalət prinsipinə və milli-mənəvi dəyərlərə söykənən mövqeyi ilə seçilmiş, çətin və məsuliyyətli dövrlərdə dövlətin yanında olmuş, xalqın etimadını doğrultmuşdur. Onun göstərdiyi fədakarlıq və xidmətlər Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində mühüm rol oynamış, onu cəmiyyətin yaddaşında xalqına arxalanan, xalqı üçün çalışan lider kimi tanıtmışdır.

Xüsusilə qeyd etmək istərdim ki, hörmətli Mədət Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursa, dövlətçilik strategiyasına və milli maraqlara daim sadiqlik nümayiş etdirmiş, bu xəttə yüksək məsuliyyət və prinsipiallıqla xidmət etmişdir. Bu sədaqət onun dövlətə xidmət yolunun əsas ideoloji dayağını təşkil edir.

Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın humanizmə, sosial rifaha, mədəni və milli-mənəvi irsin qorunmasına yönəlmiş fəaliyyətinə olan hörmət və dəstək də hörmətli Mədət Quliyevin geniş dünyagörüşünün və dövlətçilik düşüncəsinin bariz göstəricisidir.

Bütün bu xidmətlərinə görə hörmətli Mədət Quliyevə dərin minnətdarlığımı bildirir, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinə xidmət yolunda yeni-yeni uğurlar arzulayıram.

 

Hörmətlə,

İsmail Zalov

Arhd.Az saytının rəhbəri

Hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru

Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası

Kung-Fu Federasiyasının hüquqşünası

 

Baxış sayı: 9 894

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə