“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.


ARHD.AZ -ın məlumatına görə, qəza zamanı təyyarədə 5 ekipaj üzvü, 62 sərnişin olub.


Sərnişinlərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.


Bu qədər sərnişinin xilas olmasında ekipaj üzvlərinin də böyük əməyi olub.


İqor Kşnyakin – kapitan (pilot), Aleksandr Kalyaninov – ikinci pilot və Hökümə Əliyeva – baş stüardessa faciəvi qəzada böyük şücaət göstərərək həlak olublar.Hər üçü ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Milli Qəhrəman adı ilə təltif olunublar.


Təyyarənin sağ qalan digər ekipaj üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.


İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən hücuma məruz qalıb.


2025-ci il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü baş tutub. Rusiya Prezidenti görüşdə istintaqın başa çatmaq üzrə olduğunu bildirərək Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini qeyd edib.

Baxış sayı: 3 718

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə