Bu gün Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasında keçirilən iclasda mühüm qərar qəbul olunmuşdur. Arhd.Az saytının rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru və beynəlxalq hüquq eksperti İsmail Zalov Federasiyanın hüquqşünası vəzifəsinə təyin edilmişdir.

Bu təyinat İsmail Zalovun hüquq sahəsində uzun illərə söykənən peşəkar fəaliyyəti, prinsipial mövqeyi və beynəlxalq hüquq üzrə dərin biliklərinin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Onun Federasiyanın hüquqi fəaliyyətinin gücləndirilməsinə, institusional inkişafına və beynəlxalq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəyinə əminik.

Bu əlamətdar qərar münasibətilə İsmail Zalovu səmimi-qəlbdən təbrik edir, yeni vəzifəsində uğurlar, davamlı nailiyyətlər və məsuliyyətli fəaliyyət arzulayırıq. Bu təyinat Federasiya üçün qürurverici, hüquqi sabitlik və inkişaf baxımından əhəmiyyətli addımdır.

 

Arhd.az

 

Baxış sayı: 8 549

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə