Bakı, 10 fevral, ARHD.AZ

AQTA-da quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş olub


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən ARHD.AZ-a bildirilib ki, görüşdə son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyətin gərgin olması barədə məlumat verilib. Quş qripinin qeydə alındığı bölgələr tədbir iştirakçılarının bir daha diqqətinə çatdırılıb və həmin xəstəliyə qarşı mübarizə tədbirləri, həmçinin idxala dair nəzarət və tənzimləmə məsələləri müzakirə olunub.

Görüşün yekununda xəstəliyə şübhəli hal olduğu təqdirdə Agentliyə və ya yerli baytarlıq idarələrinə məlumat verilməsinin vacibliyi nəzərə çatdırılıb, iştirakçıların sualları cavablandırılıb.

Baxış sayı: 4 309

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]