Vaşinqtonda ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib.


ARHD.AZ  xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı Səfirliyi yayıb. 


Bildirilib ki, dekabrın 19-u Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksəkvəzifəli nümayəndələri avqustun 8-də keçirilmiş Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə ikitərəfli İşçi Qrupun ilk iclasını keçiriblər: “Bu görüş zamanı biz regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla, iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyəti müzakirə etdik.


ABŞ Prezident Trampın sülh və rifah baxışını irəli aparmaq və Cənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçün dəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir”.

Baxış sayı: 2 875

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə