“ABŞ Prezidenti Donald Tramp administrasiyasının həllinə töhfə verdiyi yeganə münaqişə Ermənistan və Azərbaycan arasında olan məsələ idi”.


ARHD.AZ  xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” portalı yazıb.


Məqalədə qeyd olunub ki, ABŞ lideri ikinci dəfə gəldiyi bu vəzifədə bir il ərzində 8 müharibəyə son qoyduğunu iddia edir: “Tramp administrasiyasının həllinə töhfə verdiyini bəyan edə biləcəyi yeganə münaqişə Ermənistan və Azərbaycan arasındakı mübahisədir. Burada ABŞ-nin fəal iştirakı təqribən 40 il davam edən gərginliyin faktiki olaraq başa çatmasına səbəb oldu”.


Bildirilib ki, Trampın ümumilikdə nail olduğu sülh müqavilələrinin bəziləri əslində təsirsiz effekt bağışlayıb.


“Onun sülh adlandırdığı əsasən müvəqqəti fasilələrdən və nizamlanma barədə razılaşmalardan ibarət olub. Bunlar uzunmüddətli sülh sazişləri deyil, müharibənin yenidən başlamasının qarşısını almayan, onu sadəcə təxirə salan qısamüddətli siyasi qərarlar idi”, - nəşrə ABŞ-də fəaliyyət göstərən “Code Pink” müharibə əleyhinə çıxış edən qrupun təsisçisi Medeya Benjamin bildirib.

Baxış sayı: 2 802

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə