"Kişinin 75-80 yaşı olardı. Ailəsinin 11 üzvünü zəlzələdə itirmişdi, uşaqları, nəvələri, gəlini... Demək olar ki, yalnız qalmışdı. Bizə alma gətirdi. Dedi ki, siz bizə yardım edirsiniz, mən isə heç nə verə bilmirəm, sizə təşəkkür etmək istəyirəm. Biz, onsuz da, təmənnasız fəaliyyət göstərirdik. Amma onun bu jesti bizə çox təsir etdi..."


Həyat qurtaranların belə təsirli hekayələri çoxdur. Bu gün onların günüdür: xilasedicilərin, yanğınsöndürənlərin, həkimlərin - Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının.


Qurumun yaradılmasından iyirmi il keçir. Ötən dövr ərzində minlərlə əməliyyat keçirilib, yüzlərlə insan xilas edilib, fasiləsiz xidmət göstərilib.


Bütün bunların arxasında isə hər an riski gözə alıb, əməliyyata atılan peşəkar bir kollektiv dayanır.


ARHD.AZ  xüsusi videoreportajında Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının keçdiyi yolun, gördüyü işin məsuliyyətindən bəhs edib.


FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə dəstəsinin rəisi, mayor Rəsul Cəfərov, xilasedici-mütəxəssis desantı Elvin İsgəndərov, Psixoloji yardım şöbəsinin mayoru Dilbər Əlixanova, Tibb Xidmətinin həkimi, mayor Nigar Pənahova uzun müddət xidmət göstərdikləri istiqamətlərdə yaşadıqları çətinliklərdən, qarşılaşdıqları hadisələrdən, xatirələrində unudulmaz iz qoyan məsələlərdən danışıblar.


Elvin İsgəndərovun sözlərinə görə, insan həyatını xilas etməkdən gözəl şey yoxdur.


Rəsul Cəfərov qeyd edib ki, vətəndaşlar hər hansı hadisə baş verən zaman xilasedicini dinləməyəndə təhlükəli anlar yaşana bilir.


Dilbər Əlixanova vurğulayıb ki, cəmiyyət olaraq fövqəladə hallarda psixoloji mədəniyyətimiz aşağı səviyyədədir.


Nigar Pənahova psixoloji şok keçirən insana tibbi yardım zamanı yaşanılan çətinlikdən bəhs edib.


Ətraflı videoreportajı təqdim edirik:

 

Baxış sayı: 3 791

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə