Prezident İlham Əliyev "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-30-cu illər üçün Konsepsiya"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.


ARHD.AZ  President.az-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.


Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.


Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-30-cu illər üçün Konsepsiyası ilə bu linkdən tanış olmaq mümkündür.

Baxış sayı: 2 882

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə