Arhd.az saytının Türkiyə üzrə rəsmi nümayəndəsi, hüquq tələbəsi və gənc yazıçı Nihad Cəfərovdan

Müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu və xalqımızın tarixində silinməz iz qoymuş dahi şəxsiyyət – Ümummilli Lider Heydər Əliyev bu gün də Azərbaycan xalqı üçün müdriklik, qətiyyət və dövlətçilik məktəbinin rəmzi olaraq qalmaqdadır. Onun siyasi irsi, dövlətçilik fəlsəfəsi və milli ideyası yalnız bir dövrün deyil, gələcək nəsillərin yol xəritəsidir.

Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan müasir Azərbaycan modeli – hüquqi, demokratik, güclü və dayanıqlı dövlət konsepsiyası bu gün ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurların bünövrəsidir. Ulu Öndərin milli mənafelərə əsaslanan siyasəti, xalqına sonsuz sevgisi və dövlətə bağlılıq nümunəsi bizim üçün əvəzolunmaz ideoloji mirasdır.

Bir gənc olaraq, hüquq elminin tələbəsi və Azərbaycan gəncliyini təmsil edən bir yazıçı kimi bəyan edirəm ki, Ümummilli Lider Heydər Əliyevin əmanət qoyduğu dövlətçilik ənənələrinə sadiqlik mənim üçün təkcə mənəvi borc deyil, həm də gələcək fəaliyyətimin əsas istiqamətidir. Onun dərin həyat yolu, dövlətçiliyin möhkəmləndirilməsi uğrunda göstərdiyi fədakar xidmətlər hər bir Azərbaycan gənci üçün örnəkdir.

Biz — bu xalqın gənc nümayəndələri olaraq — Ulu Öndərin yaratdığı möhkəm ideoloji təməllərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsini özümüzə şərəfli vəzifə hesab edirik. Heydər Əliyevin dövlətçilik xətti bu gün də ölkəmizin inkişafında aparıcı istiqamət kimi yaşayır və biz gənclər bu irsin daşıyıcısı, qoruyucusu və davamçılarıyıq.

Qoy Heydər Əliyevin əziz xatirəsi hər zaman uca tutulsun, onun ideyaları isə müstəqil Azərbaycanın gələcək yüksəlişinə işıq saçsın. Azərbaycan Respublikası hüquqi dövlətdir.

Arhd.az saytı daim xalqının və dövlətinin yanındadır.

 

Hörmətlə,

Nihad Cəfərov

Arhd.az saytının Türkiyə üzrə rəsmi nümayəndəsi

Hüquq tələbəsi, Gənc

Baxış sayı: 4 612

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə