![Baş prokuror Xəzər rayonunda vətəndaşların müraciətini dinləyəcək](https://azertag.az/files/2025/1/1200x630/17391778535856037927_1200x630.jpg)
Bakı, 10 fevral, ARHD.AZ
Baş prokuror Xəzər rayonunda vətəndaşların müraciətini dinləyəcək
Baş prokuror Kamran Əliyev fevralın 14-də saat 10:00-da Xəzər Rayon Prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların müraciətini dinləyəcək.
Bu barədə ARHD.AZ-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər.
Vətəndaşlar qəbulla bağlı Xəzər Rayon Pprokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı Şəhər Prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (Instagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.