SOCAR-ın “yaşıl” təyinatlı istiqrazlarının ilk faiz ödənişi edilib

Bakı, 10 iyun, ARHD.AZ



SOCAR-ın “yaşıl” təyinatlı istiqrazlarının ilk faiz ödənişi edilib


Bu gün SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir).

“SOCAR Capital” şirkətindən ARHD.AZ-a verilən məlumatda bildirilib ki, 1-ci faiz ödənişi nəticəsində 3 milyon dollar məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.

Ölkəmizin yaşıl enerji sahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən 2025-ci ilin 15 yanvar tarixində satışa buraxılmış “yaşıl” təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.

7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın “yaşıl” istiqrazları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 13,8 milyon dolları məbləğində 330-dan çox əqd bağlanıb.

SOCAR-ın tədavüldə olan istiqrazları cari il ərzində BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 66,5 faizini təşkil edib.

Baxış sayı: 4 544

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə