Bakı, 3 fevral, ARHD.AZ

 

Bu gün SOCAR istiqrazlarının 2025-ci il üzrə 1 milyon 125 min dollarlıq ilk kupon ödənişi sahiblərinin hesablarına köçürülüb (emissiya prospektinə əsasən, kupon ödənişi tarixi qeyri-iş gününə təsadüf edərsə, ödəniş növbəti ilk iş günü həyata keçirilir).

Şirkətin mətbuat xidmətindən ARHD.AZ -a bildiriblər ki, 8 ildən artıqdır ki, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR İstiqrazlarının 13-cü kupon ödənişi nəticəsində sahiblərinə qazandırdığı gəlir 14 milyon 625 min dollara yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22,5 milyon dollar təşkil edəcək).

“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, istiqrazların növbəti kupon ödənişi 2025-ci ilin 1 may tarixində baş tutacaq.

Baxış sayı: 3 466

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə