Bakı, 2 fevral, ARHD.AZ

 

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun rəhbərləri və kollektivləri, eləcə də gənclər təşkilatlarının nümayəndələri bu gün Fəxri Xiyabanı ziyarət ediblər.

Nazirliyin mətbuat xidmətindən ARHD.AZ -a verilən məlumata görə, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.

Qeyd edək ki, bu günün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin 1-ci Forumu keçirilib. 1997-ci ildən isə Prezident Heydər Əliyevin Sərəncamı ilə fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

Baxış sayı: 5 327

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə