Bakı, 2 fevral, ARHD.AZ


 

2024-2025-ci il Fransa taxılçıları üçün əlverişli hesab edilmir.

ARHD.AZ “Zone Bourse” saytına istinadla xəbər verir ki, dünyanın 6-cı taxıl istehsalçısı olan Fransanın ixracatı kəskin azalıb. Mövsüm sonunadək ölkənin cəmi 3,5 milyon ton taxıl ixrac etməsi gözlənilir. Bu da 1980-ci ildən sonra ən aşağı göstəricidir. İxracın pisləşməsinə səbəb yağışlar nəticəsində keyfiyyətin və həcmin aşağı düşməsidir. Digər tərəfdən, Afrika ölkələri də getdikcə Fransa taxılından üz döndərir. Fransız taxılının əsas müştərisi olan Əlcəzair bir müddət əvvəl başqa təchizatçı tapıb. Bu günlərdə Mərakeş də artıq Fransa taxılından imtina edib.

Hər 2 ölkə imtinaya səbəb kimi Fransada yetərli həcmdə taxıl olmadığını və təqdim edilən məhsulun keyfiyyətsizliyini əsas gətirir. Lakin Afrika mətbuatı keçmiş müstəmləkələrin bu addımını keyfiyyət deyil, siyasi amillə izah edir. İddia olunur ki, taxıldan imtinaya səbəb Fransanın bu ölkələrin daxili işlərinə müdaxiləsidir.

Baxış sayı: 3 210

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə