Kardinal Fernandez: Papa Fransisk yorulmaz əməksevər idi


Vatikan, 2 may, ARHD.AZ



Kardinal Fernandez: Papa Fransisk yorulmaz əməksevər idi


Roma Katolik Kilsəsinin keçmiş rəhbəri Papa Fransisk yorulmaz əməksevər idi.

ARHD.AZ xəbər verir ki, bunu mərhum Papanın yaxın dostu olan və onun dövründə İman Doktrinası üzrə Dikasteriyanın prefekti vəzifəsində işləmiş kardinal Viktor Manuel Fernandez deyib.

Kardinal Fernandez Papa Fransiskin əməyə verdiyi böyük dəyərdən danışıb: “Ölümündən sonra Papa Fransisk artıq tam şəkildə Məsihlə birləşmişdir. Mərhum Papanın fikrinə görə, “əmək insanın ləyaqətini ifadə edir və onu bəsləyir”. O, yalnız səhərlər deyil, günortadan sonra da işləyirdi. Ölümündən 4 gün əvvəl, artıq çox zəif olmasına baxmayaraq, bir həbsxananı ziyarət etməkdə israr etmişdi. Fransisk istirahət etməyə nadir hallarda vaxt ayırırdı. Onun gündəlik işi Allahın sevgisinə verdiyi cavab idi”.

Xatırladaq ki, Papa Fransisk aprelin 21-i Vatikanın Müqəddəs Marta Evindəki iqamətgahında 88 yaşında vəfat edib. Mərhum Xorxe Mario Berqolyo Amerika və Cənub yarımkürəsindən seçilən ilk Papa olub. Yeni Roma Papasının seçilməsi üçün konklav mayın 7-də Vatikanın Sikstin Kapellasında keçiriləcək.

 
Baxış sayı: 5 654

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə