Xorvatiyada keçiriləcək Avropa Kubokunda iştirak edəcək yeniyetmə cüdoçular bəlli olub

Bakı, 10 mart, ARHD.AZ



Xorvatiyada keçiriləcək Avropa Kubokunda iştirak edəcək yeniyetmə cüdoçular bəlli olub


Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda iştirak edəcək.

Azərbaycan Cüdo Federasiyasından ARHD.AZ-a verilən məlumata görə, Xorvatiyanın Poreç şəhərində təşkil olunacaq yarışda ölkəmizi 5 çəki dərəcəsində 14 qız idmançı təmsil edəcək.

Bunlar Mədinə Hüseynova (40 kiloqram), Fatimə Abdullayeva, Xədicə Abdullayeva, Gülşən Hüseynova (hamısı 44 kiloqram), Leyla Ələkbərova, Nigar Məmişova, Nərmin Ağamirzadə, Nərgiz Əhmədova (hamısı 48 kiloqram), Gülnaz Məmmədtağıyeva, Aysun Məmmədova, Səmayə Yusifli, Nəzakət Vəliyeva (hamısı 57 kiloqram), Fidan Cəlilli və Mələk Bayramlıdır (hər ikisi 70 kiloqram) tatamiyə çıxacaq.

Qeyd edək ki, Avropa Kuboku 15-16 martda keçiriləcək.

Baxış sayı: 5 474

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə