Mədəniyyət naziri Adil Kərimlinin Neftçalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib


Bakı, 3 mart, ARHD.AZ


Mədəniyyət naziri Adil Kərimlinin Neftçalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib


Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli tərəfindən martın 14-də saat 10:00-da Neftçala, Salyan, Biləsuvar, Şirvan və Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.

Nazirlikdən ARHD.AZ-a bildirilib ki, vətəndaşların qəbulu martın 13-də saat 10:00-da Neftçala rayon Heydər Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri, Heydər Əliyev prospekti, 34) keçiriləcək.

Vətəndaşlar martın 7-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Baxış sayı: 4 635

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə