15.02.2025 Bakı : ARHD.AZ
AzTV-nin "Hədəf" ictimai-siyasi proqramında Azər Qarayev'in çıxışı
Bugün Azərbaycan Respublikasına qarşı təhditlər çoxdur. Bizi istəməyən dövlətlərin xüsusi xidmət orqanları bizə qarşı təxribat törətməyə hər zaman hazırdırlar. Özlərinin pozuculuq fəaliyyətini hər zaman istəyirlər. İstəyirlər Azərbaycan'da bunu həyata keçirsinlər. Lakin bunu bilməlidirlər ki, Azərbaycan Respublikasında təhlükəsizlik orqanları peşekar əməkdaşlardan ibarətdir. Bugün belə təxribatların qarşısının alınmasında onlar hər zaman hazırdırlar. Radikal ekstermist qrupun törətmək istədiyi terror əməliyatı xüsusi təhlükəsizlik orqanı tərəfindən qarşısı alındı. Bizim bu əməliyyatımız bütün xarici kəşfiyyat orqanlarına qarşı mesajdır. Dövlət Təhlükəsizlik Xidmətinin bu əməliyyatı perspektifdə bu yola düşə biləcək gənclər, orta yaşlı insanlar üçün ciddi bir profilaktikadır. Bu böyük bir prafilaktikadır bizim vətəndaşlarımız üçün.
DTX əməkdaşları gecə-gündüz bu əməliyyatın üstündə işləyib və peşekar səviyyədə plan hazırlayıblar. Bu əməliyyat bizi istəməyən bütün dövlətlərin xüsusi xidmət orqanları üçün böyük mesajdır. Sizin bizə qarşı keçirdiyiniz bu təxribatlar heç vaxt həyata keçirilməyəcək. Bütün dünya birdaha şahid oldu ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti peşekar səviyyədə işləyir və dövlətinə xidmət edir. Dövlət təhlükəsizlik xidməti Azərbaycan Respublikasının dövlət təminatıdır. Azərbaycan dövləti özünü bütün arenalarda təsdiqləyir. Azərbaycan Respublikasının dövlət təhlükəsizlik xidməti nəyin ki ölkə daxilində, eləcədə ölkə xaricində böyük uğurlara imza atır.