ABŞ ordusu Hörmüz boğazında naviqasiya təhlükəsizliyinə təhdid yaradan İran hədəflərini vurmaqla rəsmi Tehranın hərbi potensialını zəiflədir.


“ARHD.AZ” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper qurumun “X” hesabındakı videomüraciətində bəyan edib.


O, bölgədəki əməliyyatların qətiyyətlə davam etdirildiyini vurğulayıb:


“Biz İranın Hörmüz boğazında və onun ətrafında gəmiçiliyə təhlükə yaradan hərbi imkanlarını sürətlə zəiflətməyə davam edəcəyik. ABŞ qüvvələri düşmənə qarşı ayıq-sayıqdır və strateji su yollarında təhlükəsizliyin təmini üçün irəliləyiş sabit xarakter daşıyır”.


Xatırladaq ki, son həftələrdə Hörmüz boğazı ətrafında hərbi gərginlik artıb, ABŞ və müttəfiqləri İranın dəniz ticarətinə müdaxilə cəhdlərinin qarşısını almaq üçün regiondakı hərbi mövcudluğunu gücləndirib.

Baxış sayı: 2 478

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə