Gecə saatlarında Bakıda dron uçması ilə bağlı məlumatlar yayılıb. Bu, sosial şəbəkələrdə istifadəçilər arasında müzakirələrə səbəb olub.


“ARHD.AZ” xəbər verir ki, yayılan videolarla bağlı hərbi ekspert Ədalət Verdiyev də paylaşım edib.


O qeyd edib ki, bu gecə Bakı səmasında müşahidə olunan PUA-lar Azərbaycana aiddir: “Uçuşlar paytaxtın hava məkanına nəzarət və təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Daha əvvəllər də buna bənzər uçuşlar keçirilib. Narahatlıq üçün səbəb yoxdur”.


Məsələ ilə əlaqədar Müdafiə Nazirliyi rəsmi məlumat yaymasa da, nazirlikdən Manset.az-ın sorğusuna “Narahatlığa heç bir əsas yoxdur” cavabı verilib.  

Baxış sayı: 3 160

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə