ABŞ Prezidenti Donald Trump Şri-Lanka sahillərində batmış İran hərbi gəmisi ilə bağlı açıqlaması ilə diqqət çəkib. Tramp bildirib ki, generallardan biri gəmini ələ keçirmək əvəzinə batırmağın “daha əyləncəli” olacağını söyləyib.


“ARHD.AZ” xəbər verir ki, Kentukkidə keçirilən mitinqdə çıxış edən Tramp İran gəmisinin batırılması qərarını şübhə altına aldığını deyib.


Prezident bildirib ki, əməliyyat nəticəsində onlarla heyət üzvü həyatını itirib və bu səbəbdən generallara sual verib:


“Mən onlardan soruşdum: Niyə onları öldürdük? Niyə gəmini ələ keçirib donanmamızda istifadə etmədik?”


Trampın sözlərinə görə, generallar ona bu şəxslərin ABŞ donanmasında xidmət etmək üçün uyğun olmadığını deyiblər. Prezident əlavə edib ki, generallardan biri bu qərarı belə izah edib:


“Cənab, bu daha əyləncəlidir”.


Qeyd edək ki, Şri-Lanka Hərbi Dəniz Qüvvələri martın 4-də “IRIS Dena” adlı İran hərbi gəmisinin Hind okeanında batdığını təsdiqləyib. Gəmi Şri-Lankanın Qalle sahilləri yaxınlığında təcili yardım siqnalı göndərdikdən sonra batıb.


İran ordusunun məlumatına görə, 136 nəfərlik heyəti olan gəmidə 104 hərbçi həyatını itirib, 32 nəfər isə yaralı halda xilas edilib.


ABŞ müdafiə naziri Pit Heqset gəminin sualtı qayıqdan atılan torpedo ilə vurulduğunu açıqlayıb. İran gəmisinin batmasından sonra Şri-Lanka donanması bölgədə olan ikinci İran gəmisinə də nəzarəti ələ keçirib.

Baxış sayı: 2 990

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə