Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.


“ARHD.AZ” “Armenpress” agentliyinə istinadən xəbər verir ki, iclasda ölkə Prezidenti Vaaqn Xaçaturyan, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan və digər yüksəkrütbəli rəsmi şəxslər iştirak ediblər.


Məlumata görə, müzakirələrin əsas mövzusu regiondakı mövcud təhlükəsizlik vəziyyəti və nəqliyyat kommunikasiyalarının normal fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlər olub. 


Qeyd olunub ki, Baş nazir mövcud çağırışlar fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və kommunikasiya xətlərinin açılması prosesi ilə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verib. 

Baxış sayı: 2 678

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə