İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimi bu gün başlayacaq və üç gün davam edəcək.


“ARHD.AZ” xəbər verir ki, bu barədə İran hakimiyyətinin məlumatında deyilir. 


Vida mərasiminin Bakı vaxtı ilə saat 22:30-da başlayacağı bildirilir. 


Xatırladaq ki, Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-nin Tehrana zərbələri zamanı ölüb. Onun doğulduğu Məşhəd şəhərində dəfn olunacağı bildirilir. 


***


“Tasnim” agentliyinin məlumatına görə, Xamenei ilə vida mərasimi təxirə salınıb. 


Mərasimin yeni proqramının daha sonra elan ediləcəyi bildirilir. 


***


Tehran əyalətinin İslam Təbliğatının Əlaqələndirmə Şurası vida mərasiminin təxirə salınmasının səbəbini açıqlayıb.


Bildirilib ki, mərasimin təxirə salınmasının əsas səbəbi müxtəlif əyalətlərdəki çoxsaylı insanların dəfn mərasiminə çatmaq üçün dəfələrlə müraciət etməsi olub.

Baxış sayı: 2 896

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə