Prezident Donald Trampın adının yer aldığı bəzi Ceffri Epşteyn sənədlərinin “qəsdən ictimaiyyətdən gizlədildiyi” iddialarının ardından ABŞ Ədliyyə Nazirliyi bu sənədlərin mövcudluğunu araşdıracağını açıqlayıb.


“ARHD.AZ” xəbər verir ki, nazirlik xüsusilə demokratların Trampın adını çəkən sənədlərin açıqlanmadığı yönündəki iddialarına cavab olaraq yazılı açıqlama yayıb.


Bildirilib ki, bütün sənədlər müvafiq qanunlara uyğun olaraq açıqlandığı halda, bəzi sənədlər qurbanların məlumatlarını ehtiva etdiyindən etiketlənib və müvəqqəti olaraq gizlədilib:


“Prezident Trampın adının çəkildiyi bəzi sənədlərin qəsdən gizlədildiyi iddialarını araşdırırıq. Baxış prosesi zamanı hər hansı bir sənədin düzgün etiketlənmədiyi və qanunauyğun olduğu müəyyən edilərsə, həmin sənədlər qanunauyğun şəkildə açıqlanacaq”.


Ağ Evin açıqlamasında isə qeyd olunub ki, Tramp bu prosesdə heç bir səhv etməyib. Nazirliyin “hər hansı sənədin redaktə olunub-olunmadığını araşdıracağıq” bəyanatı xüsusilə diqqət çəkib.


ABŞ Konqresindəki demokratlar isə Ədliyyə Nazirliyini Trampla bağlı Epşteyn sənədlərini ictimaiyyətə açıqlamamaqda günahlandıraraq, “Epşteyn Sənədlərinin Şəffaflığı Qanunu” çərçivəsində sənədlərin açıqlanmasını tələb ediblər.

Baxış sayı: 2 242

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə