“Hizbullah” hərəkatı ABŞ və İran arasında artan gərginlik fonunda gözlənilməz mövqe nümayiş etdirərək, mümkün hərbi əməliyyatlara münasibət bildirib.


“ARHD.AZ” AFP agentliyinə istinadən xəbər verir ki, təşkilatın rəsmi nümayəndəsi ABŞ-nin İrana qarşı həyata keçirə biləcəyi “məhdud” hərbi zərbələr zamanı prosesə müdaxilə etməyəcəklərini açıqlayıb.


Hərəkat rəsmisi bildirib ki, əgər zərbələr yalnız müəyyən hərbi hədəflərlə məhdudlaşarsa və genişmiqyaslı müharibəyə çevrilməzsə, “Hizbullah” kənarda qalacaq.


Bununla belə, Livan qruplaşması özünün əsas şərtini də irəli sürüb:


“İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə qarşı hər hansı birbaşa hücum və ya İran hakimiyyətini devirmək cəhdi “Hizbullah” üçün qırmızı xətt hesab olunacaq. Belə bir ssenari baş verərsə, təşkilat dərhal hərbi əməliyyatlara qoşulacaq”.


Qeyd edək ki, sözügedən açıqlama İsrailin Livanın mülki infrastrukturuna zərbə endirə biləcəyi ilə bağlı xəbərdarlıqlarından sonraya təsadüf edir.

Baxış sayı: 2 892

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə