“Meksika Milli Qvardiyasının azı 25 hərbçisi dünyanın ən təhlükəli narkobaronlarından biri hesab olunan “El Menço”nun öldürülməsinə cavab olaraq kartel üzvlərinin təşkil etdiyi amansız hücumlar nəticəsində həyatını itirib”.


“ARHD.AZ” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Meksikanın təhlükəsizlik naziri Omar Qarsiya Xarfuç keçirdiyi mətbuat konfransında məlumat verib.


Nazir qeyd edib ki, silahlı toqquşmalar zamanı ştat prokurorluğunun bir əməkdaşı da qətlə yetirilib.


Qeyd edək ki, “El Menço” ləqəbi ilə tanınan Nemesio Oseguera Servantesin ölümündən sonra “Xalisko Yeni Nəsil” (CJNG) kartelinin üzvləri intiqam alacaqlarını bəyan edərək ölkənin səkkiz ştatında genişmiqyaslı iğtişaşlara başlayıblar. Küçə döyüşləri və silahlı hücumlar fonunda cinayətkar qruplaşmalar strateji yolları bağlamaq üçün çoxsaylı yük maşınlarını yandıraraq nəqliyyatın hərəkətini iflic ediblər.

Baxış sayı: 2 733

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə