İran və ABŞ arasında nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların aradan qaldırılması ilə bağlı fikir ayrılıqları qalmaqdadır.


“ARHD.AZ” xəbər verir ki, bu barədə yüksək vəzifəli İran rəsmisi “Reuters”ə açıqlamasında deyib.


Onun sözlərinə görə, tərəflər sanksiyaların ləğvinin əhatə dairəsi və mexanizmi məsələsində fərqli mövqelərə malikdir.


Rəsmi nümayəndə əlavə edib ki, martın əvvəlində yeni danışıqlar planlaşdırılır.


Mənbə bildirib ki, Tehran yüksək zənginləşdirilmiş uran ehtiyatının bir hissəsinin ixracı, zənginləşdirmə səviyyəsinin azaldılması və regional konsorsium yaradılması kimi variantları nəzərdən keçirə bilər. Lakin bunun müqabilində İranın dinc məqsədli nüvə zənginləşdirmə hüququnun tanınmasını tələb edir.


“Danışıqlar davam edir və müvəqqəti razılaşma əldə etmək ehtimalı mövcuddur”, - rəsmi qeyd edib.


Agentliyin müsahibi əlavə edib ki, Tehran ölkənin neft və mineral ehtiyatlarına nəzarəti təhvil vermək niyyətində deyil. Buna baxmayaraq, ABŞ şirkətləri İranın neft və qaz yataqlarında podratçı qismində iştirak edə bilər.


Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə keçirilən son danışıqlardan sonra bir neçə gün ərzində əks təklif layihəsinin hazırlanacağı gözlənilir. ABŞ Prezidenti Donald Tramp isə mümkün məhdud hərbi zərbələri nəzərdən keçirdiyini açıqlayıb.

Baxış sayı: 2 674

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə