İran hökuməti etiraz aksiyalarında həlak olan 3117 nəfərin siyahısını açıqlayıb.


“ARHD.AZ” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında paylaşım edib.


O qeyd edib ki, hökumət şəffaflıq vədlərinə sadiq qalaraq, 3117 qurbanın tam siyahısını dərc edib.


Nazirin sözlərinə görə, siyahıya təxminən 200 zabit də daxildir.


Abbas Əraqçi əlavə edib ki, təqdim olunan məlumatların düzgünlüyünə dair hər hansı şübhə varsa, bununla bağlı sübutların paylaşılmasını xahiş edirlər.


Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti rəsmi olaraq iğtişaşlar nəticəsində 3117 nəfərin öldüyünü bildirib. Dərc olunmuş siyahıda isə 131 nəfərin adı olmayıb. İran Nazirlər Kabineti bunu həmin insanların şəxsiyyətinin hələ müəyyən edilməməsi ilə izah edib.


Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonlarında ölkənin milli valyutası olan İran rialının devalvasiyası ilə kütləvi etiraz aksiyaları başlamışdı.

Baxış sayı: 2 492

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə