Ermənistanın sabiq Prezidenti Serj Sarkisyana qarşı cinayət işi üzrə tətbiq edilmiş ölkədən çıxış qadağası götürülüb.


“ARHD.AZ” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi elan edib.


“Hakim əvəzedici olduğundan qadağanı özü ləğv edə bilmirdi. Bu səbəbdən hakim prokururluğun üzərinə bu qadağanı ləğv etmək öhdəliyi qoyub”, - məhkəmədən bildirilib.


Qeyd edək ki, bu cinayət işi çərçivəsində S.Sarkisyan xüsusilə külli miqdarda rüşvət almaqda və sahibkarlıq fəaliyyətində qanunsuz iştirakda ittiham olunur. Belə ki, onun əldə edilən gəlirin yarısının özünə çatması qarşılığında 1998-2010-cu illərdə Rusiyada yaşayan iş adamı Mixail Baqdasarovun Ermənistan ərazisində güzəştli şərtlərlə biznes fəaliyyəti ilə məşğul olmasına şərait yaratdığı iddia edilir.

Baxış sayı: 2 770

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə