Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib.


“ARHD.AZ” “İnterfaks”a istinadən xəbər verir ki, Ukrayna liderinin konfrans çərçivəsində bir sıra mühüm görüşləri və çıxışı nəzərdə tutulub.


Zelenski səfəri zamanı tərəfdaşlarla həm ikitərəfli, həm də çoxtərəfli formatda müzakirələr aparacağını, həmçinin Almaniya ilə birgə ilk dron istehsalı müəssisəsinin açılışını reallaşdıracağını bildirib.


Prezidentin mətbuat katibi Sergey Nikiforov dövlət başçısının forumda NATO-nun baş katibi Mark Rutte və digər rəsmi şəxslərlə görüşəcəyini qeyd edib. Axşam saatlarında isə Ukrayna liderinin ABŞ Dövlət katibi Marko Rubio ilə bir araya gələcəyi gözlənilir.


“Politico” nəşri isə yazır ki, Zelenski konfransdakı çıxışında Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini əsas prioritet kimi təqdim edəcək. O, həmçinin fransalı həmkarı Emmanuel Makronla görüşündə silah təchizatının artırılması məsələsində israrını davam etdirəcək.


 

Baxış sayı: 2 263

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə