ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının gələn həftə keçiriləcək ilk rəsmi iclasında Qəzza zolağının bərpasına dair çoxmilyardlıq planını açıqlayacaq.


“ARHD.AZ” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Associated Press” agentliyi yayıb. 


İclas çərçivəsində müharibə nəticəsində dağılmış Qəzza zolağının bərpasına bir neçə milyard dollar ayrılacağı gözlənilir. 


Mənbələrin sözlərinə görə, Tramp administrasiyası azı 20 ölkədən nümayəndə heyətlərinin Sülh Şurasının fevralın 19-da baş tutacaq həmin ilk iclasında iştirak edəcəyinə ümid edir. 


Xatırladaq ki, yanvarın 22-də Davosda Şülh Şurasının təsis edilməsinə dair tədbir keçirilib. Azərbaycan təsisçi üzv dövlət kimi bu şuraya qoşulub.

Baxış sayı: 2 023

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə