Qazaxıstanda prezident təkrar seçilmək imkanı olmadan 7 illik müddətə seçiləcək.


“ARHD.AZ” xəbər verir ki, bu barədə “Kazaxstanskaya pravda” qəzetində dərc olunmuş ölkənin yeni Konstitusiya layihəsində qeyd edilir.


Bildirilir ki, ölkənin birinci şəxsi 7 il müddətinə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə seçiləcək.


“Konstitusiyaya uyğun olaraq eyni şəxs bir dəfədən çox Qazaxıstan Respublikasının Prezidenti seçilə bilməz”, - Konstitusiya layihəsində deyilir.


Xatırladaq ki, Qazaxıstanın yeni Konstitusiyasının layihəsi 2026-cı il fevralın 12-də kütləvi informasiya vasitələrində dərc edilib. Ötən gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 15-i ölkənin yeni konstitusiyası üzrə referendumun keçirilməsi haqqında Fərman imzalayıb. Qəbul ediləcəyi təqdirdə, yeni sənəd 1 iyul tarixində qüvvəyə minəcək.

Baxış sayı: 3 425

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə