ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə danışıqlara ABŞ Quru Qoşunları naziri Deniel Driskollu, Omanda İranla aparılan danışıqlara isə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperi cəlb etmək qərarına gəlib.


ARHD.AZ bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verir.


Hər iki danışıqlar xətti ABŞ liderinin kürəkəni Cared Kuşnerin və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun məsuliyyət zonasındadır. Qeyd edilir ki, hərbi rəhbərlərin diplomatik prosesə cəlb edilməsi qərarı onların təcrübəsi, bilikləri və ya lazımi əlaqələrə malik olmaları ilə diktə edilə bilər.


"Həmçinin bu addım danışıq iştirakçılarına işarə etmək məqsədi daşıyır ki, ABŞ zərurət yaranarsa, daha sərt metodlara əl atmağa hazırdır. Bundan əlavə, bu addım Tramp administrasiyasının xarici siyasət və diplomatiya sahəsində ənənəvi metodlardan imtina etdiyinə dəlalət edir", - deyə məlumatda vurğulanır.

Baxış sayı: 2 883

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə