Yunanıstan Silahlı Qüvvələrində xidmət edən bir polkovnik NATO və Yunanıstan Hərbi Hava Qüvvələrinə aid məxfi sənədləri sızdırmaq ittihamı ilə saxlanılıb. Zabit Çinə casusluq etdiyini etiraf edib.


“ARHD.AZ”ın məlumatına görə, Yunanıstan Baş Qərargahının açıqlamasında bildirilib ki, saxlanılma qərarı gizli hərbi məlumatların üçüncü tərəflərə ötürüldüyünə və bunun milli təhlükəsizlik üçün ciddi risk yaratdığına dair güclü dəlillər əsasında verilib.


Qeyd edilib ki, 50 yaşlı polkovnik pul müqabilində Çinə məxfi məlumatlar ötürdüyünü etiraf edib. Şübhəlinin telekommunikasiya və informasiya texnologiyaları mühəndisi olması ona Yunanıstan Silahlı Qüvvələrinin texnoloji infrastrukturuna çıxış imkanı verib.


Araşdırmalar zamanı polkovnikin məxfi sənədlərin fotoşəkillərini çəkərək Çinə göndərdiyi müəyyən edilib. Onun evində və iş otağında aparılan axtarışlar zamanı çoxsaylı məxfi sənədlərin görüntüləri aşkar olunub.


Yunanıstan mediası saxlanılan zabitin NATO və xüsusilə Yunanıstan Hərbi Hava Qüvvələrinə dair həssas məlumatları ABŞ-nin əsas strateji rəqiblərindən biri hesab edilən ölkəyə ötürdüyünü iddia edir. Bildirilir ki, polkovnik uzun müddət Yunanıstan kəşfiyyat orqanlarının nəzarəti altında olub.

Baxış sayı: 2 884

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə